Modern.az

Moskvadan Bakıya gələn şəxs təyyarədə ÖLDÜ

Moskvadan Bakıya gələn şəxs təyyarədə ÖLDÜ

Hadisə

15 Aprel 2024, 17:25

Moskvadan Bakıya gələn təyyarədə sərnişin vəfat edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 13:45-də yola düşən təyyarədə baş verib.


"Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı"ndan saytımıza verilən açıqlamada məlumat təsdiq edilib.

 

Sorğuya cavab olaraq bildirilib ki, "Utair" aviaşirkətinin Moskva-Bakı reysini yerinə yetirən təyyarəsində sərnişin dünyasını dəyişib.

 

"1949-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib", - məlumatda qeyd olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək