Modern.az

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya işləyən keşişi həbs etdi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya işləyən keşişi həbs etdi

Dünya

24 Aprel 2024, 16:35

Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətindəki liturgiya zamanı Ukrayna Silahlı Qüvvələrinin mövqelərini Rusiya tərəfinə verdiyi üçün Svyatoqorsk Lavra mitropolitini saxlayıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, söhbət mitropolit Arsenidən gedir.

 

İstintaqın məlumatına görə, o, liturgiya zamanı videoçəkilişə baxarkən, Ukrayna hərbi nəzarət-buraxılış məntəqələrinin ünvanlarını səsləndirib. Daha sonra video Lavranın saytında və yerli teleqram kanalında yayımlanıb.

 

Bundan əlavə, o, hələ tammiqyaslı işğaldan əvvəl, müsahibələri zamanı Ukraynadakı müharibə ilə bağlı Kremlpərəst fikirlər bəyan edib. Arsenini 8 ilə qədər həbs gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok