“Virgin Galaktik” şirkəti, kosmos turizmi başladacaq kosmos gəmisiylə ilk pilotlu uçuş sınağını reallaşdırıb.
Modern.az-ın məlumatına görə, xüsusi dizayn edilmiş kosmos gəmisi ABŞ-ın Kaliforniya ştatındakı Mojavi çölü üzərində altı saatlıq sınaq uçuşunu müfəvvəqiyyətlə tamamlayıb. Kosmik gəmini iki pilot idarə edib. Gəminin 2012-dən etibarən sərnişin daşıması planlaşdırılır.