Modern.az

Milli Dirçəliş Hərəkatı Partiyası millət vəkilliyinə namizədlərini açıqladı

 Milli Dirçəliş Hərəkatı Partiyası millət vəkilliyinə namizədlərini açıqladı

2 Sentyabr 2015, 20:35

 

Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Ali Məclisinin yığıncağı keçirilib.

Tahir Seyidovun sədrliyi, Fəxrəddin Maxsudovun katibliyi ilə keçirilən iclasda, MDHP–nın 01 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclis seçkilərində iştirakı, seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrinin seçilməsi, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin təyin edilməsi, beşinci çağırış Milli Məclis seçkilərində MDHP tərəfindən veriləcək namizədlərin ilkin siyahısının təsdiqi və partiyanın Xəzər Rayon Şöbəsinin yenidən formalaşdırılması ilə bağlı təsis konfransının protokolunun təsdiqi məsələləri müzakirə edilib.  

Gündəliyin qəbul edilməsindən sonra söz MDHP sədri Fərəc Quliyevə verilib. Fərəc Quliyev çıxışında 01 noyabrda Azərbaycanda keçiriləcək Milli Məclis seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının iştirak etməsini, qanunverici orqanın formalaşdırılması baxımından önəmli olduğunu vurğulayaraq, siyasi təşkilatların seçkilərdə iştirakını və milli düşüncənin parlamentə daşınmasının önəmini xüsusi olaraq vurğulayıb.  

Sonra Tahir Seyidov Milli Dirçəliş Hərəkatı Partiyasının Milli Məclis seçkilərində iştirak etməsi təklifini irəli sürdü. Bununla bağlı çıxış edənlər qeyd-şərtsiz seçkilərə qatılmanın tərəfində olduqlarını bildirdilər və uzun müzakirəyə ehtiyac olmadan səsvermənin keçirilməsini istəyiblər.

Səsvermədə partiyanın seçkilərdə iştirakı yekdilliklə qəbul edilərək, qərara alındı ki, Azərbaycan Respublikasında 01 noyabr 2015-ci il tarixində keçiriləcək Milli Məclis seçkilərində MDHP-nin iştirakı təmin edilsin.   Ardınca, MDHP Rayon Şöbələrinin yetkili qurumları tərəfindən müəyyənləşdirilmiş beşinci çağırış Milli Məclisə keçiriləcək seçkilərə namizədlərin siyahısı müzakirəyə çıxarıldı və bəzi dəyişikliklər edilərək, bütövlükdə səsə qoyuldu. Siyahı Ali Məclis tərəfindən qəbul edilib və nəzərə alınıb ki, seçkilərində partiyanın namizədləri Ali Məclis tərəfindən irəli sürülsün.  

Daha sonra, seçkilərdə partiyanı təmsil edəcək səlahiyyətli nümayəndələrin siyahısı təsdiq edildi. MDHP Nərimanov rayon şöbəsindən Ali Məclisin üzvü seçilmiş Çingiz Əhədli isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə seçilib.   Axırıncı məslə olaraq, fəaliyyəti dayandırılmış Xəzər RŞ-nin yenidən formalaşdırılması ilə bağlı keçirdiyi təsis yığıncağının protokolu nəzərə alınaraq təsdiqlənməsi səsə qoyuldu və qeydiyyata alınmasına qərar verilib. 

Qeyd edək ki, MDHP-nin 01 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasında beşinci çağırış Milli Məclis seçkilərində irəli sürsüyü ilkin namizədlərin siyahısı aşağıdakı tərkibdə təsdiq edilib:

  Quliyev Fərəc İbrahim, 22.12.1962, MDHP sədri, millət vəkili  

 

4 saylı NAXÇIVAN ŞƏHƏR seçki dairəsi Hüseynov Elçin Fərəməz, 02.10.1970 istefada olan  polis  

8 saylı BİNƏQƏDİ BİRİNCİ seçki dairəsi Nəsibov Vüqar Binət , 01.01. 1951müəllim  

9 saylı BİNƏQƏDİ İKİNCİ seçki dairəsi Alışarlı Səfər Xəlil, “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru, Azərbaycan 

10 saylı BİNƏQƏDİ ÜÇÜNCÜ seçki dairə Manafov Elşən Mirzə, 27.08.1962 müəllim, politoloq

11 saylı QARADAĞ seçki dairəsi Gerayeva Nailə Zakirovna 17.11.1969  arxitektor

13 saylı XƏZƏR-PİRALLAHI seçki dairəsi Arif Abbasov Sadıx, MDHP Qərbi Azərbaycan Departamentinin məclis sədri, Yazıçılar Birliyinin üzvü, istefada olan palkovnik

15 saylı YASAMAL BİRİNCİ seçki dairəsi Ramiz Əsgər, professor, Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir.   «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycanın Əməkdar jurnalisti, «Qızıl qələm», «Həsən Bəy Zərdabi», «Humay» mükafatları laureatıdır. Yazıçılar və Jurnalistlər Birliklərinin, Avrasiya Yazarlar Birliyinin və Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvüdür.  

18 saylı NƏRİMANOV-NİZAMİ seçki dairəsi Məsumov Sərvər Şıxəli, yazıçı-publisist, yazıçılar birliyinin üzvü, 15kitab müəllifi, prezident təqaüdçüsü

19 saylı NƏRİMANOV BİRİNCİ seçki dairəsi Tahir Seyidov, MDHP Ali məclisinin sədri

20 saylı NƏRİMANOV İKİNCİ seçki dairəsi Təranə Mürsəqulova, mühasibatçı, şairə, Həkəri qəzetinin xüsusi müxbiri, MDHP Ali məclisinin üzvü

21 saylı NƏSİMİ BİRİNCİ seçki dairəsi Məmmədov Əhməd Qəşəm, fəlsəfə elmləri doktoru  

22 saylı NƏSİMİ İKİNCİ seçki dairəsi Adıgözəlov Babək Məhəmməd, 29.09.1971, hüquqşünas

23 saylı NƏSİMİ-SƏBAİL seçki dairəsi Hüseynov Vəli Şamil, 27.04.1962, hüquqşünas

25 saylı NİZAMİ İKİNCİ seçki dairəsi Məmmədov Rasim Q, yazıçı-publisist, yazıçılar birliyinin üzvü, BMT-nin Avropa, ordeni laureatı, “türk ədəbiyyatına xidmət” laureatı, MDHP sədrinin müşaviri  

26 saylı SABUNÇU BİRİNCİ seçki dairəsi Əli Rzayev Allahverdi , MDHP Qərbi Azərbaycan Departamentinin sədri, MDHP sədrinin müavini  

27 saylı SABUNÇU İKİNCİ seçki dairəsi Nəzmiyyə Piriyeva Sərvər (Nəzmiyyə Hicran) Yazıçılar birliyi və İraq-Türkmən yazıçılar Birliyinin üzvü, MDHP sədrinin müşaviri

28 saylı SABUNÇU ÜÇÜNCÜ seçki dairəsi Əliyev İlqar Müşdəba, 02.01.1968, pedaqoq  

30 saylı SURAXANI Birinci seçki dairəsi Niftalı Yusubov (Göyçəli), şair, MDHP sədrinin müşaviri

32 saylı SURAXANI ÜÇÜNCÜ seçki dairəsi Ağalar Bayramov Xanlar, 16.01.1954, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın əməkdar artisti

33 saylı XƏTAİ BİRİNCİ seçki dairəsi Rzazadə Cavanşir Alunbət, 10.01.1958 İqtisadçı, hüquqşünas

34 saylı XƏTAİ İKİNCİ seçki dairəsi Həsənov Sabir İsa 01.06.1964 ,  mühəndis

35 saylı XƏTAİ ÜÇÜNCÜ seçki dairəsi İsgəndərov Nurəddin Əli, mühəndis texnoloq  

36 saylı XƏTAİ DÖRDÜNCÜ seçki dairəsi Həbib Ələkbərsoy, MDHP ideoloji işlər üzrə sədr müavini

41 saylı SUMQAYIT BİRİNCİ seçki dairəsi Qurbanov Fizuli M, fəlsəfə elmləri doktoru,professor, fəlsəfə və hüquq institunda şöbə müdiri

43 saylı SUMQAYIT ÜÇÜNCÜ seçki dairəsi Aydın Nəzərli Həmzə, hüquqşünas  

44 saylı SUMQAYIT-XIZI seçki dairəsi Rzayev Bəhram Cabbar, mühəndis texnoloq  

45 saylı ABŞERON seçki dairəsi Rzayeva Fəridə Rza, 20.07.1970, filoloq  

46 saylı ŞİRVAN seçki dairəsi Əsədov Babək Yahya, 01.07.1963, ali, inşaatçı mühəndis

48 saylı YEVLAX seçki dairəsi Nağıyev Natiq Məyiş, 16.09.1958, orta ixtisas

50 saylı ABŞERON-QOBUSTAN seçki dairəsi Məmmədov İlqar İmran, 30.03.1956, mühəndis

51 saylı QUSAR seçki dairəsi Piriyev Fəzaim İman, 27.08.1960, mühəndis, hüquqşünas  

58 saylı HACIQABUL-KÜRDƏMİR seçki dairəsi Almas Xəyyam Əfqan, 26.12.1988, inşaat mühəndisi  

59 saylı SALYAN seçki dairəsi Məmmədov Natiq Mətləb, 11.09.1989, ali,cihazqayırma üzrə mühəndis

60 saylı SALYAN-NEFTÇALA seçki dairəsi Səfərov Rza Əli, 06.05.1976, rabitəçi, ehtiyatda olan zabit, Həkəri qəzetinin müxbiri

63 saylı SABİRABAD BİRİNCİ seçki dairəsi Zərbalıbəyli Məsləhət Hacıağa, 28.02.1987, hüquqşünas

64 saylı SABİRABAD İKİNCİ seçki dairəsi Həsənov Vidadi Əliabbas, 01.07.1958, iqtisadçı-jurnalist  

70 saylı MASALLI ŞƏHƏR seçki dairəsi Mirzəyev Etibar Nusrət, 1949, Pedaqoq, hüquqşünas

77 saylı ASTARA seçki dairəsi Süleymanov Nəsir Barat, 1947, Pedaoqoq  

79 saylı İMİŞLİ seçki dairəsi Ələkbərov Rəfael Söydümalı, 01.09.1963, hüquqşünas  

80 saylı İMİŞLİ-BEYLƏQAN seçki dairəsi Xankişiyev Vüqar Əsgər, 24.08.1972, Əlinəzərli k, fermer

81 saylı BEYLƏQAN seçki dairəsi Quliyev Fizulu İsmayıl, 10.07.1966, hüquqşünas

83 saylı AĞCABƏDİ-FÜZULİ seçki dairəsii Piriyev Məhəmməd Qədir, 04.08.1967, iqtisadçı  

89 saylı GÖYÇAY-AĞDAŞ seçki dairəsi İlqar Əzimov, MDHP Ali məclisinin üzvü, həkim

92 saylı ZƏRDAB-UCAR seçki dairəsi Ümüdov Xudaverdi Əmir,25.08.1955, yol hərəkətinin təşkili pedaqoji

93 saylı BƏRDƏ ŞƏHƏR seçki dairəsi İbrahimov Anar Musa, 21.09.1988, orkestr rəhbəri, müəllim

94 saylı BƏRDƏ KƏND seçki dairəsi Məmmədov Yaşar Fəxrəddin, 10.07.1987, Gömrük işinin təşkili

95 saylı TƏRTƏR seçki dairəsi Məmmədov Telman İbrahim, 1956, tarixçi

96 saylı GORANBOY-NAFTALAN seçki dairəsi İbrahimov Rəmzi Əbdüləzim, 29.05.1985, tarixçi

97 saylı GORANBOY-AĞDAM-TƏRTƏR seçki dairəsi Bayramzadə Araz Əli, 06.07.1990, idman müəllimi

100 saylı ŞƏMKİR-DAŞKƏSƏN seçki dairəsi Əsədov Orxan Sərdar, 12.09.1989, müəllim  

101 saylı GÖYGÖL-DAŞKƏSƏN seçki dairəsi Aşurov Hüseyn Abuzər, 17.02.1960, mühəndis  

109 saylı BALAKƏN seçki dairəsi Muradov Qurban Məhəmmədkamil, 31.10.1979, mühasibat uçotu

110 saylı ZAQATALA seçki dairəsi Məmmədov Məhərrəm Tofiq, 25.01.1968, iqtisadçı

111 saylı ZAQATALA-BALAKƏN seçki dairəsi Qurbanov Yaşar Rəşid, 05.01.1962, müəllim

112 saylı QAX seçki dairəsi Musayev İlqar Musa, 17.03.1965, texnoloq

117 saylı OĞUZ-QƏBƏLƏ seçki dairəsi Mirzəzadə Rəfail Məhəmməd, həkim

118 saylı AĞDAM ŞƏHƏR seçki dairəsi Rüstəmov Teymur Seymur, 29.05.1988, orta təhsil

119 saylı AĞDAM KƏND seçki dairəsi Hüseynov Söhbət Allahverdi, 15.08.1965, yol mühəndisi

120 saylı CƏBRAYIL-QUBADLI seçki dairəsi Təhməzov Ramil Rafiq, 24.03.1979,ali,  maliyyə kredit

122 saylı XANKƏNDİ seçki dairəsi Fəxrəddin Maqsudov, riyaziyyatçı, MDHP Ali məclisin katibi

123 saylı KƏLBƏCƏR seçki dairəsi Əsədov Əlövsət Əsəd, 25.06.1950, tərcüməçi, iqtisadçı  

124 saylı ŞUŞA-AĞDAM-XOCALI-XOCAVƏND seçki dairəsi Məhərrəmov Xaliq Adil, 28.07.1969, məşqçi müəllim   

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir