Modern.az

Daxili işlər naziri istefa verdi

Daxili işlər naziri istefa verdi

Dünya

27 Oktyabr 2015, 11:42


Kubanın Dövlət Şurası dövlət başçısı Raul Kastronun təklifi ilə daxili işlər naziri, ordu generalı Abelardo Kolomenin istefasını qəbul edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, Havandan verilən rəsmi məlumata görə, Kolome səhhəti ilə bağlı ehtiyata göndərilməklə, Dövlət Şurasının üzvlüyündən də çıxarılacaq.

Digər məlumata görə, daxili işlər naziri postunu diviziya generalı Karlos Fernandes Qondin tutacaq. O, buna qədər nazirlikdə birinci müavin olub.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok