Modern.az

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcək

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcək

3 Dekabr 2022, 14:12

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri yenidən görüşəcəklər.

 

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

 

Onun sözlərinə görə, XİN başçıları danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş keçirmək üçün razılığa gəliblər.

 

Görüşün dəqiq tarixi hələlik məlum deyil.

 

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-də Vaşinqton şəhərində baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi