Modern.az

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ölkə

Bu gün, 15:05

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, E. Əliyevaya 12 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə baş verib. Elmira əri Samiri öldürüb meyiti həyətdə basdırdıqdan sonra üzərinə gül əkib. Polis itkin düşdüyü bildirilən Samirin öz həyat yoldaşı tərəfindən qətlə yetirildiyini aşkarlayıb.

Sizə yeni x var
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?