Modern.az

Prezident: Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Prezident: Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Ölkə

14 Mart 2023, 17:32

Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olat Şolts ilə mətbuata bəyanatında söyləyib.

 

“Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü