Modern.az

Azərbaycanda nazir və müavini işdən ÇIXARILDI

Azərbaycanda nazir və müavini işdən ÇIXARILDI

20 May 2023, 15:53

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

 

Modern.az xəbər verir ki, digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilib.

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim edəcəklər.

 

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin idarə heyəti sədrinin müavini postunu tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı