Modern.az

Sabiq nazir müavini PA-da yüksək vəzifəyə təyin edildi

Sabiq nazir müavini PA-da yüksək vəzifəyə təyin edildi

Aktual

Bu gün, 17:43

Kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.

Modern.az "Unikal"a istinadla xəbər verir ki, S.Cəfərov Prezident Administrasiyasında kənd təsərrüfatı üzrə məsul vəzifəyə - şöbə müdiri təyin olunub.

Qeyd edək ki, o, 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. Bu ilin yanvarında isə nazir müavini vəzifəindən azad olunaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri təyin edilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı