Modern.az

2019-cu ilin büdcə layihəsi 1-ci oxunuşdan keçdi  

2019-cu ilin büdcə layihəsi 1-ci oxunuşdan keçdi   

Parlament

14 Noyabr 2018, 13:13

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin layihəsi bu gün Milli Məclisdəki müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.


Modern.az-ın məlumatına görə, noyabrın 13-ü və 14-də "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında"  Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Keçirilən iclaslarda deputatlar büdcə sənədi ilə bağlı fikir və təkliflərini səsləndiriliblər.


Müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsi haqqında" Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

Dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok