Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda komitə sədri Şəmsəddin Hacıyev çıxış edərək bildirib ki, Milli Məclisin 2012-ci il yaz sessiyasında komitənin 3 iclası keçirilib, 4 məsələ müzakirə olunub.
“Onlardan biri Milli Məclisə tövsiyyə olunub və qəbul olunub. Hesabat dövründə komitəyə 116 müraciət, 33 məktub daxil olub, 19 vətəndaş komitəmiz tərəfindən qəbul olunub”.
Qanun layihəsinə etiraz edən millət vəkili Gülçöhrə Məmmədova bildirib ki, əslində abidələrin toxunulmazlığını təmin etmək vacibdir.
“Çünkli siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. Ancaq şəhərdə tikinti, abadlıq işləri bəzən abidələrin dağıdılması və ya yoxa çıxması ilə nəticələnir. Dəfələrlə bunun şahidi olmuşuq. Bu dəyişiklik isə belə halların çoxalmasına yol açacaq. Yaxşı olardı ki, siyahıya vaxtaşırı baxılsın və ona dəyişiklik edilsin. Biz abidələrimizə diqqəti artırmalıyıq. Bu millətin tarixinin göstəricisidir. Ona görə əslində qanunun sərtləşməsinə ehtiyac var”.