“Müxalifət qanunun müəyyən etdiyi çərçivədə və müvafiq icra hakimiyyətinin onlar üçün ayırdığı yerdə öz dinc aksiyasını keçirə bilər”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İctimai Palatanın məlum “videoqalmaqal”dan sonra parlamentin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə ayın 13-də keçmiş “Əzizbəyov heykəli”ndən parlament binasının qarşısınadək olan marşrutda iki saatlıq yürüş təyin etməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, əgər həmin qüvvələr onlar üçün ayrılan yerdən imtina edəcəklərsə və ya edirlərsə, bu, onların səhv qərarı olacaq. “O ki qadı onların şüarlarına, hesab edirəm ki, şüarları da onlar özləri seçirlər, mən o barədə bir şey deyə bilmərəm. Eyni zamanda, əgər onlar bu şüarları və tələbləri irəli sürməklə, səsləndirməklə nəyəsə nail olacaqlarını da düşünürlərsə, çox yanlış mövqedədirlər.
“Birmənalı olaraq deyirəm ki, 4-cü çağırış parlamentin vaxtından əvvəl buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qətiyyən, mümkün deyil. Qanuni yollarla, xalqın iradəsi əsasında formalaşmış parlament uğurla fəaliyyət göstərir və növbəti seçkilər də zamanında -2015-ci ilin payızında keçiriləcək”-deyə,o, sözlərinə əlavə edib.
Modern.az