Modern.az

Hakim partiya Gəncədə onlarla davam edəcək 

Hakim partiya Gəncədə onlarla davam edəcək 

Parlament

18 İyul 2024, 10:02

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar hakim partiya tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb. İclasdan sonra YAP-dan deputatlığa irəli sürülmüş namizədlər açıqlanıb.

 

Modern.az xəbər verir ki, hakim partiya Gəncədə yerləşən seçki dairələrindən 4 nəfərin namizədliyini irəli sürüb.

 

YAP-dan seçilən deputatlar Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov və Musa Quliyev yenidən hakim partiyanın namizədləri olublar. Onlar seçkilər zamanı Gəncə şəhərində YAP-ı təmsil edəcəklər.

 

Deputatlar müvafiq olaraq 38, 39, 40 və 41-ci seçki dairələrindən namizəd göstəriliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri