Modern.az xəbər verir ki, bu gün Milli Məclisin növbəti plenar iclasında Bakının Əzizbəyov rayonunun adının dəyişdirilməsi məsələsinə baxılıb. Müzakirələr nəticəsində parlament rayonun adının dəyişdirilərək Xəzər adlandırılmasına tərəfdar çıxıb. Beləliklə səsvermə nəticəsində Əzizbəyov rayonunun adı dəyişdirilib Xəzər qoyuldu.
Səsvermə zamanı 89 deputat məsələnin lehinə səs verib, 1 nəfər bitərəf qalıb, əleyhinə səs verən olmayıb.
Xatırladaq ki. bir müddət öncə Milli Məclisin Regional məsələlər komitəsi və Milli Məclis yanında Toponimiya komissiyası “Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında” qanun layihəsini bəyənmişdi. Modern.az