Modern.az

“Əl-Cəzirə”, BBC, “Frans-Press” kimi media nəhəngləri Azərbaycanda seçkiləri izləyəcək

“Əl-Cəzirə”, BBC, “Frans-Press” kimi media nəhəngləri Azərbaycanda seçkiləri izləyəcək

5 Noyabr 2010, 15:58

Parlament seçkilərini işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasında 20-yə yaxın xarici KİV-in 43 əməkdaşı akkreditiə olunub.
Bu barədə Modern.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
MSK bildirib ki, səsvermə prosesi ilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə KİV-lərin seçki məntəqələrindən material hazırlaması üçün bütün şərait yaradılıb.

“Röyters”, BBC, “Əl-Cəzirə”, TRT, “Associated Press”, “Frans Press”, EPA, “Anadolu”,  “İhlas” Haber Ajansı, “Doğan” Haber Ajansı, “Daily İttehad” da daxil olmaqla 20-yə yaxın xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə olunub.

2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcək. Respublikadakı seçki məntəqələrinin 500-də (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq yekunlaşdırılıb və bu məsələyə MSK-nın iclasında baxılıb müvafiq qərar qəbul edilərək veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunub.

Bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok