İyulun 9-da Bakıdakı restoranlardan birində ictimai asayişi pozan şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozmuş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev olduğu müəyyənləşib.
Onlar Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PB-yə təhvil verilib.
Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.
Gülşən RAUFQIZI