Modern.az

Nazarbayev təcili iclas ÇAĞIRDI

Nazarbayev təcili iclas ÇAĞIRDI

Актуально

18 İyul 2016, 17:09

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün hökumətin Təhlükəsizlik Şurasının əməliyyat müşavirəsini toplayıb.

 

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, buna səbəb Almatıda bu gün baş verən hadisələr olub.

 

Qazaxıstanın baş naziri Kərim Məsimov bildirib ki, görüş zamanı Almatı hadisələri ilə əlaqədar müəyyən qərarlar veriləcək.

 

Xatırladaq ki, bu gün səhər saatlarında Qazaxıstanın ən böyük şəhəri olan Almatıda naməlum silahlı şəxslər polis bölməsinə hücum edib. Atışma nəticəsində hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı həlak olub, yaralananlar var.

 

Hücum edən silahlı qruplaşmanın bir üzvü həbs edilib, digəri axtarışdadır.

 

 

Ağa AKİFOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı