Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Məlumata görə, hadisə iyulun 30-da Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini azyaşlı Nuray Əfəndiyeva mənzillərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb və hadisə yerində ölüb.
Araşdırma aparılır.
Gülşən RAUFQIZI