Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifədən azad etməsininin səbəblərini açıqlayıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Putin Sergey İvanovun işindən razı olduğunu amma bu qərarı onun xahişini nəzərə alaraq verdiyini açıqlayıb:
“Hörmətli Sergey Borisoviç, sizinlə uzun illərdir birlikdə çalışırıq. Uğurla çalışırıq. Təyin olunmuş sahələrdə tapşırıqları yerinə yetirməyinizdən razıyam".
Xatırladaq ki, bu gün Putin Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu vəzifəsindən azad edərək bu posta Anton Vaynonu təyin edib.
Ağa AKİFOĞLU