Şüvəlan dəniz çimərliyində batan digər şəxsin cəsədi tapılıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, avqustun 16-da Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı nəzarətsiz ərazidə) batan 1985-ci il təvəllüdlü, Əliyev Amil Atamoğlan oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulub.
V.Qədirovun meyiti sudan çıxarılsa da A.Əliyevin meyitini tapmaq mümkün olmamışdı.
Modern.az