Modern.az

Taleh Bağırov və tərəfdarlarının məhkəməsi davam edir

Taleh Bağırov və tərəfdarlarının məhkəməsi davam edir

Aktual

8 Sentyabr 2016, 14:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən A.Hüseynov çıxış edib.

 

O bildirib ki, ötən iclasda zərərçəkmiş qismində ifadə verən Şahlar Cəfərova ayaqqabı atdıqları üçün onlara töhmət verilib. Hakim isə bunun məhkəmənin göstərişi ilə olmadığını deyib: "Hər dəfə sizə xəbərdarlıq edirəm. Biz məhkəməyə çağırlan şəxslərin təhlükəsizliyini təmin edirik".

 

Daha sonra zərərçəkmiş qismində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Vüqar İsgəndərov ifadə verib: "Nardaranda əməliyyatdan əvvəl onların namaz qılıb qurtarmasını gözlədik. Hadisə zamanı atışmadan sonra partlayış baş verdi. Orada Əli Nuriyevi zərərsizləşdirdim. Onun üzərindən bıçaq, beşbarmaq, partlayıcı maddə çıxdı".

 

İclasda V.İsgəndərov hakimin, prokurorun, təqsirləndirilən şəxslərin və vəkillərin suallarını cavablandırıb. O, hadisə zamanı mənəvi zərər çəkdiyini, sarsıldığını deyib. V.İsgəndərov təqsirləndirilən şəxslərin heç birindən şikayətçi olmadığını vurğulayıb.

 

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı