Modern.az

Bakıda "Media və Təhsil dialoqu" konfransı keçirilib

Bakıda "Media və Təhsil dialoqu" konfransı keçirilib

Güncel

13 Oktyabr 2016, 14:05

Bakıda Hyatt Recency Baku otelində  Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda konfrans başlayıb

 

Modern.az xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak edirlər.

 

Konfransda Təhsil Nazirliyinin informasiya şöbəsinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov “Press-relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib.

 

Çıxış edənlər müasir dünyada təhsilin və mətbuatın mühüm rolundan, mediada təhsil sahəsinin daha geniş və obyektiv işıqlandırılmasının əhəmiyyətindən danışıb, media–təhsil dialoqu barədə fikirlər səsləndiriblər.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı