Modern.az

Şəmkirdə ağır yol qəzası: 1 ölü, 8 yaralı - Yenilənib

Şəmkirdə ağır yol qəzası: 1 ölü, 8 yaralı - Yenilənib

Aktual

30 İyul 2018, 23:36

Bakı-Qazax avtomobil yolundakı ağır qəzada yaralanan şəxslərin kimliyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində 1 qadın hadisə yerində ölüb, daha 8 nəfər isə yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlar Şəmkir rayon Çinarlı qəsəbə sakini Elşən Zakir oğlu Nəbiyev, Nəbiyeva Elnurə Elnur qızı (2006-cı il təvəllüdlü), Nəbiyeva Arifə Elşən qızı (2008-ci il), Nəbiyeva Ayşən Elşən qızı (2011-ci il), Nəbiyev Ağa Elşən oğlu (2011-ci il), Nəbiyev Vüsal Elnur oğlu (2007-ci il) və Elçin adlı şəxsdir.

 

Hadisə zamanı xəsarət alan daha bir nəfər isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda ölən qadının kimliyi və qəzanın səbəbləri araşdırılır.

 

22:11

 

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı