Əfqanıstanın qərbimdəki Farah vilayətində sərnişin avtobusu minaya düşüb.
Modern.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, daha 40 nəfər yaralanıb.
Hadisənin bu gecə Bakı vaxtı ilə saat 3 radələrində baş verdiyi bildirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə partladıcı qurğu yolun kənarında quraşdırılıb.
Əvəz ZEYNALOV