Bakıda yaşayış binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Nərimanov rayonunda qeydə alınıb. Belə ki, səkkizmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 106 kvadrat metr olan 3 otaqlı mənzilin eyvanında taxtadan ibarət rəf 2 kvadrat metr sahədə yanıb. Yüksək temperaturdan plastik pəncərə çərçivəsi əriyib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.