Modern.az

Paytaxt sakini mənzilində yanaraq öldü

Paytaxt sakini mənzilində yanaraq öldü

Актуально

15 Fevral 2019, 23:57

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.  Modern.az Fövqəladə Hallar Nazirliyinə  istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb.

 

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı