Modern.az

Azərbaycanla Özbəkistanın Ədliyyə sahəsində əməkdaşlığı müzakirə edilib

Azərbaycanla Özbəkistanın Ədliyyə sahəsində əməkdaşlığı müzakirə edilib

Актуально

29 Aprel 2019, 21:36

Azərbaycanla Özbəkistan arasında Ədliyyə sahəsində əməkdaşlıq müzakirə edilib.

 

Modern.az  xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Özbəkistanın Ədliyyə Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının Özbəkistandakı İnkişaf Proqramının təşkilatçılığı ilə Daşkənddə keçirilən “Tashkent Law Spring” Beynəlxalq Hüquq Forumuna qatılıb.

 

Səfər çərçivəsində Azərbaycandan iştirak edən nümayəndə heyətinin rəhbəri, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev Özbəkistan Respublikasının ədliyyə naziri Ruslanbek Davletovla görüşüb.

 

Görüşdə Ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri istiqamətində geniş müzakirələr aparılıb. Özbəkistan ədliyyə naziri R.Davletovun Azərbaycana rəsmi səfəri ilə bağlı Azərbaycanın ədliyyə naziri, birinci dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədovun dəvəti  qarşı tərəfə çatdırılıb.

 

Dəvətə görə təşəkkür edən Ruslanbek Davletov münasib bir vaxtda Azərbaycana rəsmi səfərinin reallaşacağına ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ərtafinda da fikir mübadiləsi və müzakirələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı