2020-ci ilin ilk günündə doğulan uşaq qız olsa da, rəsmi qeydiyyata alınan oğlandır.
Modern.az Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, uşaq Cəlal olaraq qeydiyyata alınıb.
Onu da qeyd edək ki, hələlik rəsmi qeydiyyata alınan başqa ad yoxdur.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin ilk körpəsi 4 nömrəli doğum evində anadan olub. 1 yanvar saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.