Modern.az

Amerikalı müşahidəçi: “Seçicilər ruh yüksəkliyi nümayiş etdirir”

Amerikalı müşahidəçi: “Seçicilər ruh yüksəkliyi nümayiş etdirir”

Güncel

9 Fevral 2020, 15:48

Azərbaycanda parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirir.

 

Bunu ABŞ-ın Los Anceles şəhərindən müşahidəçi Mitç Silberman deyib.

O bildirib ki, onun üçün bu ölkədə olmaq və seçkiləri müşahidə etmək böyük şərəfdir:

“Ölkənin modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur. Biz sakinlərin öz ölkəsinin işıqlı gələcəyinə səs verməsini müşahidə etməkdən məmnunuq”.

 

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı