Modern.az

İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ

İcra Hakimiyyətindən əhaliyə XƏBƏRDARLIQ

Aktual

2 Mart 2020, 09:55

“Dünən gecədən paytaxtda müşahidə edilən güclü külək 3 ağacı kökündən çıxararaq aşırdıb. Daha 5 ağacın budaqları qırılaraq yola düşüb”.

 

Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

 

O.Məmmədov qeyd edib ki, xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Onun sözlərinə görə, küləyin fəsadları ilə bağlı məlumatlar “Nərimanov”, “Yasamal”, “Binəqədi”, “Nəsimi” rayonlarından daxil olub:

 

“Buna uyğun olaraq da müvafiq tədbirlər görülür”.

 

O.Məmmədov paytaxt sakinlrəinə müraciət edərək, avtomobillərini irigövdəli ağacların altında park etməmələrini tövsiyə edib.

 

Qeyd edək ki, dünən Suraxanı rayonu, “Yeni Günəşli” qəsəbəsindəki 275 saylı orta məktəbin damını uçurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı