Modern.az

AzTV «İrəvan xanlığı»nı təqdim etdi

AzTV «İrəvan xanlığı»nı təqdim etdi

Актуально

23 Noyabr 2012, 15:07

Bu gün AMEA-da Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin «İrəvan xanlığı» sənədli telefilminin təqdimat mərasimi keçirilib.
Tədbiri açan AMEA-nın vitse-prezidenti Arif Həşimov «İrəvan xanlığı»nı «qiymətli film» adlandırıb. AMEA-nın AzTV ilə əməkdaşlığı sayəsində bir sıra tarixi telefilmlərin yarandığını vurğulayan A.Həşimov qeyd edib ki, hazırkı filmdə tarixi faktlar - XIX əsrdə çar Rusiyası tərəfindən işğal olunana qədər - İrəvan ərazisinin Azərbaycan türklərinin qədim torpağı olduğunu sübut edir. «İrəvan xanlığı» Azərbaycan prezidenti İlham Əliyevin «İrəvan xanlığı, Zəngəzur, Dağlıq Qarabağ bizim qədim ərazilərimizdir» fikri ilə başlayır. Filmdə erməni mənbələrinə istinadən açıqlanır ki, məhz çar Rusiyasının işğalından sonra ermənilər məqsədli şəkildə İrandan və Osmanlı Türkiyəsindən İrəvana, Dağlıq Qarabağa köçürülüblər, SSRİ dönəmində isə azərbaycanlıların öz qədim torpaqlarından deportasiyası həyata keçirilib. 

Filmə baxışdan sonra Slavyan Universitetinin rektoru Kamal Abdullayev əsəri «düşündürücü» adlandıraraq, onun ali məktəblərdə nümayiş etdirilməsini təklif edib: «Bu sənədli filmin üstünlüyü odur ki, perspektivdə olanları hiss edirsən. Film maarifləndirici xarakterə malikdir. İrəvan xanlığının yaranışından məğlubiyyətinə qədər bütün hadisələri əhatə edib».

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə filmin xarici dillərə tərcümə olunub, dünya ictimaiyyətinə təqdim olunmasını təklif edib: «Nəhayət, biz öz tariximizi olduğu kimi öyrənə bilirik. Bu, böyük xoşbəxtlikdir. Tarixi faktlara əsaslanan belə filmlərin çəkilməsi çox vacibdir».

Milli Məclisin üzvü Çingiz Qənizadə deyib ki, film azərbaycanlıların insan hüquqlarının tapdandığını sübut edir.
Filmin siyasi məsləhətçisi, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov «İrəvan xanlığı»nın təqdim olunmasını rəhbərlik etdiyi kollektivin «qürur günü» adlandırıb. O, bildirib ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tarixinə qətiyyətli yanaşması nəticəsində itirilmiş torpaqlarımız haqqında əsl həqiqəti demək mümkün olub. Alim deyib ki, filmin qayəsi xalqımızın öz tarixinə sahib çıxmasına xidmət edir: «Biz dünyaya demək istəyirik ki, Azərbaycan xalqı aborigendir, ermənilər bizim ərazilərimizə köçürülüblər».
Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Namiq Ağayev, operatoru Rüfət Kərimovdur.  


Modern.az
     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı