Modern.az

Hərbi Prokurorluq 73 nəfərə Amnistiya aktı tətbiq edib

Hərbi Prokurorluq 73 nəfərə Amnistiya aktı tətbiq edib

Aktual

21 Yanvar 2022, 16:00

2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində Amnistiya aktı tətbiq edilib.

 

Modern.az xəbər verir ki, bunu Hərbi Prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

 

X. Vəliyev deyib ki, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində Amnistiya aktı tətbiq olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı