Modern.az

Qazaxıstanda "Azərbaycan Mərkəzi" açıldı

Qazaxıstanda

Aktual

23 Yanvar 2022, 09:13

Qazaxıstanın Aktau şəhərində Ş.Yessenov adına Universitetdə “Azərbaycan Mərkəzi”nin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə universitetin rektoru Berik Axmetov, Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elmar Məmmədov, Mangistau vilayətinin İnvestisiya və Turizm Departamentinin rəhbəri Venera Mustapayeva, Azərbaycan Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, “Mangistau Media” MMC-nin direktoru Aysulu Dutbayeva müəllimlər və KİV nümayəndələri iştirak ediblər.


Mərkəz universitetdə təhsil alan tələbələr arasında iki qardaş xalq arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək, Azərbaycanın mədəniyyəti və tarixi, adət-ənənələrinin, habelə dilinin tanıdılması və təbliği üçün imkan yaradacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı