Bakıda 2003-cü il təvəllüdlü gənci avtomobil vurub.
Modern.az xəbər verir ki, Yasamal rayonunda qeydə alınan hadisədə avtomobil yolu keçən 19 yaşlı Məmmədov Vasif İlham oğluna ciddi xəsarət yetirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.