Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşını iki nəqliyyat vasitəsi vurub.
Modern.az xəbər verir ki, şəhərin M.Hüseynzadə küçəsində rayonun Mırtı kəndi ilə Göyçay şəhəri arasında işləyən sərnişin mikroavtobusu yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1998-ci il təvəllüdlü Rəsulov Nicat Elbrus oğlunu vuraraq hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin qarşısına atıb. Həmin avtomobil onun ayağının üstündən keçib.
N.Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.