Modern.az

Qələndər Bayramlı İrəvana yürüşü təxirə saldı

Qələndər Bayramlı İrəvana yürüşü təxirə saldı

Актуально

28 Dekabr 2012, 17:35

Xocalı soyqırımına diqqət çəkmək üçün Ankaradan piyada Ermənistana yürüş edən 59 yaşlı azərbaycanlı Qələndər Bayramlı yürüşü təxirə salıb. Modern.az-ın verdiyi xəbərə görə, noyabrın 21-dən yürüşə başlayan Q.Bayramlı dekabrın 21-də Qarsa çatıb. Təxminən 1100 kilometr yol qət edərək Qarsa çatan Q.Bayramlı Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanovla görüşmək istəyib. Konsulluqda ona qarşı diqqət göstərilməməsindən qəzəblənən Bayramlı yürüşü başa vuraraq Ankaraya geri dönüb.

Qeyd edək ki, noyabrın 21-də Ankaradan İrəvana doğru yola çıxan soydaşımız gələn il fevralın 25-nə kimi Ermənistan paytaxtına çatmağı planlaşdırırdı.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı