Modern.az

“Vəziyyət çox gərgindir, atışma intensivləşir” - Peskov

“Vəziyyət çox gərgindir, atışma intensivləşir” - Peskov

Aktual

21 Fevral 2022, 14:08

"Vəziyyət, həqiqətən çox gərgindir. Atışmalar daha da intensivləşir”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirərkən deyib.

 

Peskov Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini söyləyib.

 

O, həmçinin qeyd edib ki, bu gün Vladimir Putin vəziyyətin gərgin olması ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək: "Söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir".

 

Peskovun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı