Modern.az

Millimiz Belarusla oynamayacaq

Millimiz Belarusla oynamayacaq

Актуально

5 Mart 2022, 09:36

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək.

 

Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan yaşıdlarına qarşı keçirəcək.

 

17 mart


20:00. Azərbaycan – Xorvatiya
Karlovac şəhəri. “Mladost Arena”

18 mart


20:00. Latviya – Azərbaycan
Karlovac şəhəri. “Mladost Arena”

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı