Modern.az

Aktiv xəstə sayı 1500-ə düşdü - SON STATİSTİKA

Aktiv xəstə sayı 1500-ə düşdü - SON STATİSTİKA

Актуально

15 Mart 2022, 15:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 790 962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 507 nəfərdir.

 

Ölkədə son sutkada 5 454, hazırkı dövrədək isə 6 640 773 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı