Modern.az

Elmar Məmmədyarov Misirə gedir

Elmar Məmmədyarov Misirə gedir

Current

5 Fevral 2013, 11:12

Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasına səfər edəcəkdir. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 5-də XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfər edəcəkdir.

Səfər çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı