Modern.az

"Qarabağ" azarkeşlərinə görə CƏZALANDIRILDI

Aktual

22 Aprel 2022, 16:54

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer-liqasının 23-cü turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

 

Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. "Qəbələ" – "Sumqayıt" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt" 800 manat cərimə olunub.

 

"Qarabağ" – "Şamaxı" oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

 

1/2 final mərhələsinin "Qəbələ" – "Qarabağ" oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 ödəməli olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı