Modern.az

Şəkidə atışma: iki nəfər saxlanılıb

Şəkidə atışma: iki nəfər saxlanılıb

Актуально

12 Fevral 2013, 12:16

Şəki rayonu ərazisində odlu silahdan havaya atəş açmış Y.Əsgərzadə və A.Şəfiyevdən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 10-da  Şəki ŞRPŞ-nə rayonun "Daşqaya" adlandırılan ərazisində naməlum şəxslərin odlu silahdan havaya atəş açmaları barədə məlumat daxil olub. Bununla əlaqədar şübhəli şəxs qismində şəhər sakini Yalçın Əsgərzadə və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Şəfiyev ŞRPŞ-nə gətiriliblər.    

Y.Əsgərzadənin idarə etdiyi "Toyota Prado" markalı avtomaşına baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 12 ədəd tapança patronu və 1 ədəd patron darağı, A.Şəfiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşına baxış zamanı isə 4 ədəd tapança patronu aşkar edilərək götürülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı