Modern.az

8 cinayətin üstü illər sonra AÇILDI

8 cinayətin üstü illər sonra AÇILDI

Актуально

21 İyun 2022, 09:36

İyunun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   


Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı