Modern.az

Maşın ağaca çırpıldı - Sürücü öldü

Maşın ağaca çırpıldı - Sürücü öldü

Актуально

1 İyul 2022, 22:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1962-ci il təvəllüdlü Qasımov Söhrab Bəşir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı