Modern.az

Ukrayna səfirindən “Qarabağ”a DƏSTƏK

Ukrayna səfirindən “Qarabağ”a DƏSTƏK

Актуально

3 Avqust 2022, 21:16

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, diiplomat bu barədə tviter hesabında yazıb.

 

“Ukrayna “Qarabağ”a azarkeşlik edir. Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Ferensvaros" matçına start verilib. Azərbaycanlı dostlarımıza qələbə arzulayırıq”, - səfir bildirib.

 

Qeyd edək ki, Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı