Modern.az

Sülhməramlıların daha 2 maşını aksiya ərazisindən keçdi 

Sülhməramlıların daha 2 maşını aksiya ərazisindən keçdi 

Aktual

12 Yanvar 2023, 20:38

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat və minik avtomobillərinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı