Modern.az

Azərsu” abunəçilərinin yeni sayı açıqlandı

Azərsu” abunəçilərinin yeni sayı açıqlandı

مورد توجه

18 İyul 2013, 17:39

2013-cü ilin yanvar-iyun  aylarında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,9 faiz artıb. İyulun 1-də olan məlumata görə, “Azərsu” ASC-də 1171065 abunəçi su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. İstehlakçıların 1132575-i və ya 96,7 faizi  əhali, 38490-ı və ya 3,3 faizi isə qeyri-əhali qrupu abunəçiləridir. 2013-cü ilin birinci yarımilliyində əhali qrupu abunəçilərinin sayı 2,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 16 faiz artıb. Hesabat dövründə əhali və qeyri-əhali qrupu üzrə  abunəçilərin  sayında nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, yeni abunəçilərin qeydiyyata alınması, həmçinin uçot sisteminin təkmilləşdirilməsi   hesabına baş verib.

“Azərsu” ASC-nin  sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3 faiz təşkil etmişdir. Hazırda əhali qrupu abunəçilərinin 48,1 faizi, qeyri əhali qrupu abunəçilərinin isə 86,3 faizi sayğaclarla təmin olunub. 2013-cü ilin yanvar-iyun ayları ərzində 58 min smart-kart sayğacı quraşdırılıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı