Modern.az

WUF13 mühüm platformaya çevirildi - BMT rəsmisi

WUF13 mühüm platformaya çevirildi - BMT rəsmisi

Aktual

Bu gün, 13:46

Azərbaycan hökumətinin forumun təşkilində göstərdiyi liderlik və qonaqpərvərlik WUF13-ü qlobal şəhər gündəliyi üçün mühüm platformaya çevirib.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib. 

BMT-Habitat rəsmisi vurğulayıb ki, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı yer alıb, 579 sessiya keçirilib, forumu isə 865 media nümayəndəsi işıqlandırıb.

“Forum çərçivəsində mənzil böhranı, iqlim dəyişikliyi, qeyri-formal yaşayış məntəqələri, maliyyələşmə və şəhər idarəçiliyi ilə bağlı əsas problemlər geniş müzakirə olunub.

Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunun hazırkı qlobal çağırışlar fonunda xüsusi aktuallıq daşıdığını deyən icraçı direktor mənzil məsələsinin artıq yalnız sektoral deyil, sistemli problemə çevrildiyini bildirib”.

O qeyd edib ki, forum çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” sənədi mənzil təminatı, iqlimə davamlı şəhərlər, inklüziv urbanizasiya və yerli idarəetmənin gücləndirilməsi istiqamətində əsas yol xəritəsi olacaq.

“Forumda səsləndirilən təşəbbüslər Dayanıqlı İnkişaf Məqsədləri, Paris İqlim Sazişi və Yeni Şəhər Gündəliyinin icrasında mühüm rol oynayacaq.

Problemlər artıq məlumdur. Həll yolları da mövcuddur. İndi əsas məsələ öhdəlikləri real fəaliyyətə çevirməkdir”, - deyə o vurğulayıb.

BMT-Habitat rəsmisi onu da əlavə edib ki, növbəti Ümumdünya Şəhərsalma Forumunun 2028-ci ildə Mexiko şəhərində keçirilməsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı