Azərbaycan WUF13 çərçivəsində beynəlxalq tədbirlər üzrə ISO 2021 standartını tətbiq edib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinatoru Anar Quliyev bildirib.
O qeyd edib ki, ISO 2021 standartının milli səviyyədə tətbiqi Azərbaycanda böyük beynəlxalq tədbirlərin təşkili zamanı dayanıqlılıq prinsiplərinin əsas götürülməsini təmin edir:
“Bu addım ölkənin yalnız uğurlu təşkilatçılığa deyil, uzunmüddətli institusional inkişafa da sadiqliyini nümayiş etdirir”.
Komitə sədri onu da əlavə edib ki, Azərbaycan WUF13-ün gələcək ev sahibləri üçün Bakı standartları hazırlayacaq:
“Azərbaycan BMT-Habitatla gələcəkdə Ümumdünya Şəhərsalma Forumuna namizəd olacaq ölkələr üçün Bakı standartları əsasında regional diaqnostika mexanizminin hazırlanmasına dair niyyət məktubu imzalayıb. Təşəbbüs gələcək forumların təşkilinə dəstək göstərilməsi və beynəlxalq təcrübənin paylaşılması məqsədi daşıyır”, - deyə milli koordinator qeyd edib.